Serib gedirim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Serib gedirim

Qüssə,kədər yaşar sisdə,
Tək sən məndən fərəh istə.
Öz əlimlə qəbrin üstə,
Gül-çiçək sərib gedirəm.
Ana,mən qərib deyiləm.

Hicran keçər gül düzündən,
Ayrılığın gündüzündən.
Sənə mavi göy üzündən,
Ulduzlar dərib gedirəm.
Ana,mən qərib deyiləm.

Kəsilməyən hərb-qovğayam,
Həsrətinə mən doğmayam.
Üstümə gələn dalğaya,
Sinəmi gərib gedirəm.
Ana,mən qərib deyiləm.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.5.2025 09:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!