Sanırdı düşməndən qisas, öc alıb,
Şanıyla zirvəyə qalxıb, ucalıb.
Gözünü açıb da baxdı.Qocalıb.
Gəncliyə güvənib xərab olanım.
Quruyan ağaclar yulğuna bənzər,
Acıdan ağrıyan, yorğuna bənzər.
Gözlə görünməyən ilğıma bənzər,
Varlığı yox kimi sərab olanım.
Həsrətdən canım da üzülübdü, bax
Göz yaşı yağmur tək süzülübdü, bax.
Düşmənlər cərgəylə düzülübdü, bax
Qanı al rəngində şərab olanım.
Kayıt Tarihi : 23.6.2020 10:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!