Şen görürüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2571

ŞİİR


10

TAKİPÇİ

Şen görürüm

Bir az nəmli gözlərində,
Xəyal dəmli gözlərində,
Sənin qəmli gözlərində,
Duman duyur, çən görürəm.

Darıxmırsan qərib eldə,
Dağ çayı tək coşan seldə.
Qızılıya çalan teldə,
Indi bəyaz dən görürəm.

Tərk eləyib postlarını,
Unuduban tostlarını.
Bir vaxt əziz dostlarımı
Düşmən ilə tən görürəm.

Dünənimiz getdi boşa,
Bu günümüz gəlməz xoşa.
Səni əğyar ilə qoşa,
Nə yaxşı tək mən görürəm.

Arzularım qanad açar,
Qartal tək zirvəyə uçar.
Sonunda köksümü qucar,
Çox mehriban, şən görürəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2020 06:57:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!