Kədəri bir deyil, yüz göndəribdir,
Bağrıqan laləni düz göndəribdir.
Mənim tək sevgidən üz göndəribdir,
Səthinə əsməyir səmt küləkləri.
Fələk aldığını vergi saymayır,
Necə də acgözdür, gözü doymayır.
Əzizim, bizi heç tənha qoymayır,
Başımız üstündə dərd mələkləri.
Ağ dünya sənin öz evindir, dünya,
Qaranlıq dünya tək divindir, dünya.
Hamı tək məni də sevindir, dünya,
Gözümdə qoyma heç saf diləkləri.
Kayıt Tarihi : 24.11.2026 09:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!