Şeir xanası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3784

ŞİİR


28

TAKİPÇİ

Şeir xanası

Gözəl aç hər səhəri,
Qov içindən qəhəri.
Dünyanın bəxtəvəri,
Dörd uşaq anasısan.

Nəğmə yatar ünündə,
Mənalıdır günün də.
Şagirdlərin önündə,
Şam kimi yanasısan.

Şeir içində azaq,
Yaxın gəlməsin sazaq.
Məktəbdən düşsən uzaq,
Soyuqdan donasısan.

Belə gəlibdir devr,
Pulu başına çevir.
Biri hekayə sevir,
Sən şeir xanasısan.

Müəllim tək özəlsən,
Söylə şeir, qəzəl sən.
Əvvəlki tək gözəlsən,
Sonalar sonasısan.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.1.2026 11:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!