Lalələr baharın al xətitəsi,
Qayalar torpağın sal xəritəsi.
Qırışlar könlünün lal xəritəsi,
Xəttini özüncə oxu, seç, Ana.
Qapqara saçında bəyaz toz gördüm,
Mənalı baxışda söhbət-söz gördüm.
Fələk öz işini yaman tez gördü,
Dünya bir pəncərə, baxıb keç, Ana.
Daha ağ əllərin qapımı döyməz,
Oğullar fəxr edib özünü öyməz.
Sənin varlığına min qızıl dəyməz,
Bu aləm gözümdə sənsiz heç, Ana.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!