Seadetim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2673

ŞİİR


13

TAKİPÇİ

Seadetim

Hey gedirəm ona döğru,
Gözləyir son qatar məni.
Qar da yağır oğrun-oğrun,
Yarəb, yara qaytar məni.

Qəfil olsun görüşümüz,
Heyrətdən buz kimi donaq.
Şirin olsun gülüşümüz,
Vüsal olsun əziz qonaq.

Istəyimiz bu həyatdan,
Acı-şirin günlər imiş.
Bizi daim uca tutan,
Sevgi dolu ünlər imiş.

O günləri unutmayaq,
Yaşasaq da neçə illər.
Sevgini ucuz tutmayaq,
Gəlib keçsə də fəsillər.

Xoşbəxt ola bilməsək də,
Yaşadarıq məhəbbəti
Göz yaşını silməsək də,
Oxşayarıq səadəti...

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 11:02:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!