Saz olur Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Saz olur

Göz önündə çiçəklərim,
Gözəllərim,göyçəklərim.
Derlər sarı ləçəklərin,
Ömrü az olur, az olur.

Qaya gələr daşdan sonra,
Ümid ölər kaşdan sonra.
Soyuq,qarlı qışdan sonra,
Bahar, yaz olur, yaz olur.

Sevənlərin tənasübü.
Məhəbbətin təcəssümü.
Yarın şirin təbəssümü,
Vallah, naz olur, naz olur.

Bərk yapışsan döğma əldən,
Boğulmazsan gələn seldə
Suyu təmiz, yaşıl göldə,
Ördək, qaz olur, qaz olur.

Çiçəkləri dərəndə mən,
Əlvan dəmənd hörəndə mən.
Xoşbəxtliyi görəndə mən,
Keyfim saz olur, saz olur.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.05.2025 06:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!