Unudub qüssəni,unudub qəmi,
Kədəri qəlbimdən ataydım,gülüm.
Unudub möhnətlə dolu aləmi,
Sənin eşq gölündə bataydım,gülüm.
Məni xəyallardan qoparan əlsən,
Qapımı qəfil döy,içəri gəl sən.
Sənin gəlişinə sevinib qəlbən,
Sevinci fərəhə qataydım,gülüm.
Bitməyir fələyin sərt oyunları,
Tale açacaqmı bu düyünləri.
Sənsiz keçirdiyim qəmli günləri,
Fələyin özünə sataydım,gülüm.
Kayıt Tarihi : 13.6.2018 07:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!