Şaşırır meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Şaşırır meni

Rəqib minbir plan qursun,
Xain tək arxamdan vursun.
Günəş məndən uzaq dursun,
İstisi bişirir məni.

Yada salıb mürvətini,
Gizlətmirəm heyrətimi.
Etmə, lütfən, qeybətimi,
Gözlərdən düşürür məni.

Ədalət var haqq səsində,
Təmizlik saf nəfəsində.
Dura bilməm zirvəsində,
Qayalar aşırır məni.

Sevdamı kəc süzəmmirəm,
Yoluna daş düzəmmirəm.
Göy sularda üzəmmirəm,
Dalğalar daşırır məni.

Göy səmaya ucalmışam,
Ay-ulduzdan bac almışam.
Deyəsən çox qocalmışam,
Görənlər şaşırır məni,

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!