ŞAİRİ İNCİTMƏYİN
Günahsız şairi çox incitməyin,
İncisə zamanın özü qarışar.
Həqiqət diz çökər, yalan yeriyər,
Dünyanın əyrisi, düzü qarışar.
Yaltağın, alçağın məkri oyanar,
Mərifət azalar, insaf dayanar,
Dünyanın çuxası qana boyanar.
Həyatın ağ-qara üzü qarışar.
Xalqına dərs verər bir nadan qağa,
Aldadar kütləni, gedər qabağa,
Millətin ağzını dirəyər dağa,
Alimin nadanla sözü qarışar.
Millət yamaq olar başqa millətə,
Götürər minnəti, düşər zillətə,
Bir xalqı mindirə bilməsək mətə,
Ocağın külünə közü qarışar.
Coculu hər işin bilir düzünü,
Kəsməyin şairin doğru sözünü,
Ağarda bilməsək elin üzünü,
Onda işimizə yüzü qarışar.
2006
Kayıt Tarihi : 26.7.2025 20:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!