Şahane gülüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Şahane gülüm

Niyə istəyirsən unudum səni,
Göz yaşıyla dolu buludum sənin.
İstəyim, gümanım, ümidim sənin,
Görən arzularsan daha nə, gülüm.

Yolunda min bir cür riskə getmişəm,
Sanırdım arzuya, kama yetmişəm.
Bütün istəyinə əməl etmişəm,
Yox daha əlində bəhanə, gülüm.

Nə vaxt əsirgədim səndən qayğımı,
Heç seçə bilmədin könül duyğumu.
Gecələr qaçırtdın gözdən uyğumu,
Yerişi, duruşu şahanə gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu