Sən mənim bağımın çinar ağacı,
Mən sənin könlünün şah pərdəsiyəm.
Sən mənim başımın qızıldan tacı,
Sevən ürəklərin pərvanəsiyəm.
Sil gözün yaşını el-aləm baxır,
Sanarlar mən səni incidirəmmiş.
Hamı briliant, ağ qızıl taxır,
Təkcə sənin üçün inci-dürrəmiş.
Günlərin birində geri qayıtsan,
Gecə günəş doğub ay batacaqdır.
Yatmış duyğuları birdən oyatsan,
Ümidlər istəyə tez çatacaqdır.
28.-6.2018
Kayıt Tarihi : 1.7.2018 10:33:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!