Bir cavan da qurban getdi,
Dəli maşın qəzasına.
Əzrail dediyin etdi,
Ruhu uçdu fəzasına.
Kədərə dözməyir ata,
Gözünün yaşı sel olub.
Çətin bir də rahat yata,
Köksündə qəlb tel-tel olub.
Donub qalıb yazıq ana,
İnanmayır itkisinə.
Su tökür hey yana-yana,
Dərdi-qəmin bitkisinə.
Bu bitkuinin adı kədər,
Qüssə və dərd ağacıdır.
Bir gənc ömür oldu hədər,
Vaxtsız ölüm çox acıdır.
Sanırdı toyu olacaq,
Bəylik libası geyəcək.
Nə bilsin gülü solacaq,
Zalım fələk YOX deyəcək...
Yalvarıram,Uca Qüdrət,
Qoyma fələk atın çapsın.
Diləyək Tanrıdan rəhmət,
Barı ruhu dilnclik tapsın...
Kayıt Tarihi : 3.9.2025 05:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!