Durmuşam üzərində,
Torpağın bağrı çatdır.
Kiçildin nəzərimdə,
Məni əğyara satdın.
Ağacın kölgəsində,
Sən onu gözləyərsən.
Ayrılıq bölgəsində,
Könlümü közləyərsən.
Neynim, taleyim belə,
Quraqlıq mənə qaldı.
Baxıram yaşıl çölə,
O da ki sənə qaldı...
O yaşılın işində,
Yerim yoxdur, köhnə dost..
Mənəm kölgə biçimdə,
Dərdim çoxdur, köhnə dost..
Əlimdə zərif çiçək,
Dayanmışam tək-tənha.
Yalan olmaz bu gerçək,
Xoşbəxt olmam bir daha...
Kayıt Tarihi : 18.3.2020 12:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!