Dərd çölünün torpaqları şorakət,
Heç vaxt verməz sevən kəsə bərəkət.
Buz tək dondum,edəmmirəm hərəkət,
Qəm evinin bucağında qalmışam.
Niyə tanrı verir mənə zülümü,
Açılmadan coldurdu al gülümü.
Nədən kimsə götürmədi külümü,
Həsrətinin ocağında qalmışam.
Boylanıram,su üstdə sona kimi,
Dərdin sayı artıbdır ona limi.
Basıb məni bağrina ana kimi,
Ayrılığın qucağında qalmışam.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!