Ana içeriğe atla

Qalmışam, gülüm Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Qalmışam, gülüm

Eh, səndən uzağa getməyəcəyəm,
Gözünün önündən ittməyəcəyəm.
Heç zaman qurtarıb bitməyəcəyəm,
Oxuna-oxuna qalmışam, gülüm.

Dünyanı edəcək al, təbəssümün,
Üzünə yaraşan xal, təbəssümün.
O qara gözündən bal təbəssümü,
Toxuna-toxuna çalmışam, gülüm.

Mən şeir mülkündə bir yavər idim,
Nə eşqdən döndüm mən, nə kafər idim.
Səninçün dilliydim, dilavər idim,
Çoxuna-çoxuna lalmışam, gülüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.06.2020 11:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!