Nə sait-samiti yığıb söz hörür,
Nə günəş nurundan ocaq-köz hörür.
Nə qulaq eşidir, nə də göz görür,
Xatirə bucağı kor qalıb indi.
Üzü yaman dönüb bu məhəbbətin,
Qədrini bilmədin heç sədaqətin.
Yenidən yanması çətindən çətin,
Sönən ocağımı qor alıb indi.
Həsrətin kədəri, qəmi idin sən,
Muğamın pəstəsi, bəmi idin sən.
Qəlbimlə şütüyən gəmi idin sən
Yelkənin yerini dor salıb indi
03.03.2019
Kayıt Tarihi : 9.3.2019 10:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!