Baxırsanmı de, halıma
Qara gələn əhvalıma.
Ümidimə, xəyalıma
Qanadını gərib getdin.
Yaraşıqdır ağ tülləri,
Susub sona bülbülləri
Yol üstünə al gülləri,
Xalça kimi sərib getdin.
Sındırmadım qəlb şüşəni,
Soldurmadım al gülşəni.
Boynu bükük bənövşəni,
Titrək əllə dərib getdin.
Nə danışım o gözəldən,
Seçilməz sarı xəzəldən
Bu dünyaya eh, əzəldən,
Qərib gəldin, qərib getdin.
Kayıt Tarihi : 22.5.2020 07:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!