Qem yükü Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Qem yükü

Bu dünyanın qəm yükünü
Şal təkin çiynimə saldım.
Bulud təkin nəm yükünü,
Axıtdım, beynimə saldım.

Üzüldümmü? Bilmirəm ki
Dəli eşqin həsrətindən
Nəyə gərəkdir o qəm ki,
Doğulubdur kin-nifrətdən.

Indi daha acığımı,
Qardan, yağışdan alıram.
Xatırlayıb gənc çağımı,
Soyuq baxışdan alıram.

Qaynamayır qaşın-gözün,
Min il qocalıb durmusan.
Qurtarıb söhbətin-sözün,
Çay önündə bənd qurmusan.,

Baxıram qurduğun bəndə,
Sel gələrsə uçacaqdır.
Allahın sevdiyi bəndə,
Torpağını qucacaqdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.09.2019 16:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!