Uzaq dur həsrətdən, vüsal,amandır
Çün onun boz üzü sərttdir,yamandır.
İndi elə dövr, elə zamandır,
Nəsihət kimsəni ayıltmır, dostum.
Gah yeyib-içirlər,yüz-yüz vururlar,
Gah da ki məkrli plan qururlar.
Bir yerdə yatırlar, birgə dururlar,
Hicran ayrılığı bayıltmır, dostum.
Qoşulub bir dəli selə gediblər,
Uyuyb küləyə, yelə gediblər.
Bu fani dünyadan elə gediblər,
Gedənlər geriyə qayıtmır, dostum.
Kayıt Tarihi : 21.4.2025 05:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!