Bizə düşmən olubdur
Bu dünyanın yarısı.
Sanma yaşa dolubdur,
Küpəgirən qarısı.
Əlində süpürgəsi,
Izimizi süpürür.
Namərdliyin kölgəsi,
It tək gecələr hürür.
Ağacların üstündə,
Tək-tək meyvələr vardır.
Payızda dağ büstündə,
Görünən bəyaz qardır.
O qarın soyuqluğu,
Yaman üşüdür məni.
Dünyada tək varlığım,
Deyən eşidir məni.
Eşitsə qayıdacaq,
Tənha qoymaz ki məni.
Yuxudan oyadacaq
Öpər telimdə dəni...
Kayıt Tarihi : 14.07.2026 06:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!