Qatarda qalıb Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2940

ŞİİR


17

TAKİPÇİ

Qatarda qalıb

Qarası bəbəyimin,
Ətiri çiçəyimin.
Neynəyim, taleyimin
Əli çidarda qalıb.

Yoldaş olum mələyə.
Məni nura bələyə.
Yetəmmirəm köməyə,
Sevdiyim darda qalıb.

Mavi sətirli mahnım,
Çiçək çətirli mahnım.
Bahar ətirli mahnım,
Boranda, qarda qalıb.

Sökülməyincə danım,
Sıxılacaqdır canım.
Görəsən görüş anı,
Hardadır, harda qalıb.

Məndən nə küs, nə inci,
Mən dostların ən dinci.
Ürəyimin sevinci
Gedən qatarda qalıb.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.1.2021 10:18:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!