İgid ərən öz qiymətin,
Alacaqdır dünyada.
Düşmən ilə qiyamətin,
Salacaqdır dünyada.
Baxıb bu cahi-cəlala,
Son qoyacaq dərd-məlala.
Mənim tək şirin xəyala,
Dalacaqdır dünyada.
Yaxşılığın var səməri,
Düz qoyulsa him-təməli.
Köç etsəm yaxşı əməlim,
Qalacaqdır dünyada.
Kayıt Tarihi : 24.11.2026 09:30:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!