Payız geldi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Payız geldi

Deyən yenə gətiribdir söz-sözü,
Baxaq. Necə alışdırır köz-közü.
Neçə müddət görmədi ki göz-gözü,
Tufan qopdu.sanki səma çöküldü.

Dəli könül həsrətdən ozan oldu,
Zalım fələk şənliyi pozan oldu.
Şaxta düşdü,dörd tərəf xəzan oldu,
Al libasım ilmə-ilmə söküldü.

Mən ki sənin yaşıl,doğma adandım,
Xəzərimin şor suyunu dadandım.
Baharımda şən, gülərüz fidandım,
Payız gəldi, yarpaq-yarpaq töküldüm.

Nə çıxar ki boş-boşuna qiybətdən,
Qiybət özü çoxdan düşüb qiymətdən.
Xoşum gəlmir yersiz sözdən-söhbətdən,
Dava düşdü, anındaca əkildim.

Demirəm ki küsdüyünlə tez barış,
Başqasının yalanına uy,qarış.
Gördüm yoxdur ətrafımda dost-tanış,
Tısbağa tək öz qınıma çəkildim.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!