Söylə, gəlişin hardan,
Bizə doğma diyardan.
Bir çay süz samovardan,
Başlayaq söhbət-sözə.
Pakizə.
Qəlb fərəhdən tox olar,
Acı hisslər yox olar.
Vədə verən çox olar,
Aldanma sönən közə.
Pakizə.
Cüt övladına Ana,
Gəlininə Qaynana.
Nəvənə gözəl Nənə,
Söhbəti şirin, məzə.
Pakizə.
Yola daş düzülməsin,
Gözdən yaş süzlməsin.
Ümidin üzülməsin,
Gün düşsün yola-izə,
Pakizə.
Kədərdən-qüssədən qaç,
Günəş kimi işıq saç.
Darvazanı geniş aç,
Yolum düşübdür sizə.
Pakizə.
Dərd Tanrının fərmanı,
Tez tapılsın dərmanı.
Gəzək yaşıl ormanı,
Lalələr çixib dizə.
Pakizə.
Dosta etibarlısan,
Əzmli, vüqarlısan.
Teli bəyaz qarlısan,
Yaz olanda gəl bizə.
Pakizə.
Kayıt Tarihi : 24.11.2026 09:25:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!