Ovudaram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Ovudaram

Mənim kimi gözəi
Qoyub kimi seçirsən?
Öz başımdır,öz əlim
Gözlərimdən keçirsən.

Keçirsən uzaqlara,
Əbədi yolalmaqçun.
Nələr vəd edim sənə,
Yanımdaca qalmaqçun?

Bəlkə qızıl bilərzik,
Bəlkə brilyant üzük?
Eh, haradan bilərik,
Ya yalanıq, ya düzük?

Dönüb gənclik çağına,
Təzədənmi biz sevək?
Bax bozuna-ağına,
Qayıt , dön gəl sən evə.

Bu ev həm istəyinin,
Həm arzunun yuvası.
Axı çatışmır nəyin,
Gül qoxulu havası.

Mən bu evdə dərdimi,
Qəmimi unuduram.
Günəş qanad gərdimi,
Özümü ovuduram.

Ovuduram söz ilə,
Ağlayan ürəyimi.
Alışdırram köz ilə,
Zülmətdə gərəyimi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.11.2019 07:22:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!