Ana içeriğe atla

Öten günler Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Öten günler

Zülmün yeri ot bitməyən şoranlıq.
Zalım evi köhnə, alçaq, viranlıq.
Bircə anda uçub gedər qaranlıq,
Dan sökülər, günəş nuru yayılar.

Düşübdülər yaman acı illətə,
Xain gözlə baxırlar bu millətə.
O qədər ki öyrəşiblər zülmətə,
Qara qüvvə günü görcək bayılar.

İstəyirəm sarı bülbül oxusun,
Bəhs eyləsin çiçəklərin çoxusu.
Hər tərəfdə qızılgülün qoxusu,
Yatanlar da yuxusundan ayılar.

Şənlik ola, xoşbəxt ola balalar,
Könüllərə yatan hava çalalar.
Rəqs eləyə bibilər və xalalar,
Yallı gedə əmilərlə dayılar.

Sən dünyanın ən fədəkar qadını,
Ürəyində yaşadırsan adını.
Gələcəyin bilməyirik dadını,
Ötən günlər ömrümüzdən sayılar.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.05.2025 06:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!