Ölürem axı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Ölürem axı

Nə işim var sələm ilə,
Qara rəngli ələm ilə.
Hicri bircə qələm ilə,
Ömrümdən silirəm axı.

Qəlbimi etmisən talan,
Bu gedişin sonu dalan.
Daha demə mənə yalan,
Düzünü bilirəm axı.

Dərdin sayı ona kimi,
Zülmət rəngli tona kimi.
Qapını aç sona kimi,
Yanına gəlirəm axı.

Sədaqətdə kim sənə tay,
Sevda hissi Tanrıdan pay.
Həmdəmimdir ulduz və ay,
Qəmimi bölürəm axı.

Söyləmə hicr ilə barış,
Zalım çevrəsinə qarış.
Nəyə lazım ki dost-tanış,
Səninçün ölürəm axı.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!