Nurlu sabahımız yox Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Nurlu sabahımız yox

Xəyalın ürkək-ürkək döyür açıq qapımı,
Qorxur ki qəfil qıra ümidlərin sapını.
Ruhunun ağ əlləri telimi daraqlayır,
Mehi könül kitabın astaca varaqlayır.

Yenə də söz çələngi toxuyur asta-asta,
Ürəyinin səsiylə oxuyur asta-asta.
Bilirsən birincidir sənə yazılan şeir,
Həsrətin sevincidir sənə yazılan şeir.

Yavaş-yavaş pozulur ümidimin yaddaşı,
Doğmam da uzaqlaşır,əzizim də yaddaşır.
O zalım ayrılığın ağırdır intiqamı,
Zil qara gözlərindən sanki qara qan damır.

Nəyin intiqamını görəsən alır bizdən,
Bir damla götürmədik biz ki qızıl dənizdən.
Sadəcə yaşayırdıq hicranın əzabını,
Qoruyub saxlayırdıq tərəzi-mizanını.

Səni məndən alanda Əzrail adlı həsrət,
Anlamadı yaşayar əsrlərlə məhəbbət.
Daim savab qazandıq, bizim günahımız yox,
Bir də açılmayacaq, nurlu sabahımız yox.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!