Axır ki gətirdin eşqini dilə,
Fərəh göz yaşımı yar gərək silə.
Dünyaya sığmıram istəyim ilə,
Kaş sənin quruca nəfəsin olum.
Hüsnünə yaraşan min ad verərəm,
Acılı tamına bal dad verərəm.
Mən sənə sevgidən qanad verərəm,
Yaşamaq eşqinə həvəsin olum.
Vüsalla ayrıllıq tən ürəyimdə,
Həm ağlar, həm də ki şən ürəyimdə.
Eləcə yuva qur sən ürəyimdə,
Qapısı bağlanmaz qəfəsin olum.
Kayıt Tarihi : 13.12.2021 10:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!