Ne sen, ne men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3738

ŞİİR


28

TAKİPÇİ

Ne sen, ne men

Nifrətdən yer qazıb,göy deşəndə mən,
Ayrılıq zalımla döyüşəndə mən,
Yenidən ümidlə görüşəndə mən,
Həsrətin talağın verəcəm həmən.

Istəyim cücərib toxumlaşanda,
Hisslərim sel olub axınlaşanda,
Xəyalım ruhuna yaxınlaşanda,.
Odamız olacaq yaşıl çöl-çəmən.

Vüsalın başıma şabaş töksə də,
Qarşımda baş əyib yerə çöksə də.
Məhəbbət “beşulduz” otel tiksə də,
Nə sən olacaqsan sakini,nə mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!