Yaxşı-yaman görəcəksən,
Qəmdən çələng hörəcəksən.
Necə ömür sürəcəksən,
Bu, cavabsız sual oldu.
Günəş çıxır nur saçmağa,
Ay da hazır tez qaçmağa.
Daha gecdir qəlb açmağa,
Ümidlərin xəyal oldu.
Lal həsrəti duman, könlüm
Fərəhə göz yuman könlüm.
Həyatdan eşq uman könlüm,
Qismətin dərd-məlal oldu.
Kayıt Tarihi : 24.11.2026 09:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.


Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!