Namərdləri xoşbəxt etdi,
Əhd-peymanı yalan dünya.
Necəsini bədbəxt etdi,
Səni məndən alan dünya.
Pis-yaxşını yarışdırmaz,
Küsənləri barışdırmaz.
Sevənləri qovuşdurmaz,
Araya qəm salan dünya.
Ürəkləri dağlatmısan,
Vüsal yolun bağlatmısan.
Çoxlarını ağlatmısan,
Kaş sən də qal nalan,dünya.
Kayıt Tarihi : 14.6.2018 20:21:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!