Nahile bacım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2972

ŞİİR


19

TAKİPÇİ

Nahile bacım

Ömrün rəngi ala çalar,
Dadı bir az bala çalar.
Dərs verdiyin balacalar,
Oxşamaz cahilə, bacım.
Ah mənim Nahilə bacım.

Sənə yaddır eh, lovğalıq,
Işin olmaz ki qovğalıq.
Bir dənizsən min dalğalı,
Çıxarlar sahilə, bacım.
Ay mənim Nahilə bacım.

Yurdum qəhrəman elidir,
Ordum sanki dağ selidir.
Bu il Nizami ilidir,
Yetişdir dahilər bacım.
Ay mənim Nahilə bacım.

Sev çiçəyi, oxşa gülü,
Inci ilə deyib-gülün.
Heç zaman keçməsin günün,
Kədərlə, ah ilə, bacım.
Ay mənim Nahilə bacım.

Müəllimlər şam tək yanar,
Zəhmətini de, kim danar.
Hər şagirdə gözəl ana.
Yollaşar şah ilə bacım,
Ay mənim Nahilə bacım.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:29:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!