Mülki şehid Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2492

ŞİİR


10

TAKİPÇİ

Mülki şehid

Daha bir şəhid verdik,
Hərbçi də deyildi.
Şəhidlik libasını
Əyninəcə geyindi.

Yaş altmışı keçsə də,
Ruhu hələ cavandı.
Səfərəli kömək edən,
Dada yetən bir insandı.

Döyüşçü olmasa da,
Medalı da varıydı.
Təhlükəli yollarda,
Tanrı ona yarıydı.

Ekskavatoruyla,
Sadəcə yol çəkirdi.
Işində uğuruyla,
Zəfərə qol çəkirdi,

Erməni dığasının,
Gülləsinə tuş gəldi.
Ruhu uçub getsə də,
Yerinə ağ quş gəldi.

Bütün şəhidlərimizə,
Tanrı rəhmət eyləsin.
Qarı düşmənlərimizə
Daim lənət eyləsin.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:29:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!