Muğayat ol. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2571

ŞİİR


10

TAKİPÇİ

Muğayat ol.

Qoyub getdi sevdiklərim,
Doyub getdi sevdiklərim.
Heyf, getdi sevdiklərim
Fələk, artıq sən rahat ol.

Nə aşiqin canını üz,
Nə yoluna tikanlar düz.
Hazır olub gecə-gündüz,
Hər əmrimə farağat ol.

Şeytanın oduna yanan,
Iblisin adını anan.
Deyirəm ki dinə inan,
Demirəm ki xurafat ol.

Hicrana heç bacı olma,
Həsrətin baş tacı olma.
Könül sıxan acı olma,
Şirin-şəkər zarafat ol.

Sevda eşqə qalan şeydir,
Tənhalığa qalan şeydir.
Olub keçən yalan şeydir,
Dünya məndən muğayat ol.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2020 06:59:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!