Fələkdən bəlkə min gecə çalmısız,
Neçə sənətkarı yada salmısız.
Həm ruhən dincəlib, həm zövq almısız,,
Fərəhli dününüz mübarək olsun.
Günəşdən nur alsın ulduz, ayınız,
Uzağa yayılsın xoş harayınız.
Sevinclə dopdolu qəlb sarayınız,
Səsiniz, ününüz mübarək olsun.
Müqəddəs amala sadiq böyüyən,
Dost-tanış fəxr edər sizlə, öyünər.
Qəlbiniz hər zaman yurdla döyünər,
Yubiley gününüz mübarək olsun.
Kayıt Tarihi : 11.7.2020 15:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!