Mirajı hanı Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Mirajı hanı

Başında dururmu başbilənlərim.
Yoxsa tutub üzün hərə bir yana.
Ay sınıq könlümü daş bilənlərim.
Alovdan çıxaraq düşdüm giryana.

Al rəngli güllərdən gətirbəgətir,
Rahiyən yayılır ətirbəətir.
Baxıram, oxuram sətirbəsətir,
Bu vaxtsız ölümün mesajı hanı.

Zamanın gərdişi belədir, gülüm,
Azalmır fələyin verdiyi zülüm,
Qarşımı kəsir bax gör neçə ölüm,
Bu həyat lövhəsi.Peysajı hanı.

Səni necə uddu qaranlıq, toran,
Gedərək qoymusan dünyanı viran.
Surətin görünür gözümə hər an,
Ah, xəyal dostumun mirajı hanı.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.07.2021 19:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!