Menim canım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2664

ŞİİR


13

TAKİPÇİ

Menim canım


Sənə “Mənim canım”-deyən,
Döngə, dalan keçibdir.
“Damardakl qanım”-deyən,
Minbir yalan seçibdir.

Istəyirəm şər yuxular,
Daha məndən gen gəzsin.
Sevmədiyim tər qoxular,
Özlərinə yel gəzsin.

Gecənin bağrın yaran,
Təyyarələr dolaşar.
Gündüzə oğrun varan,
Səyyarələr dalaşar.

Sııdırımlı qayanın.
Yolları keçilməz ki.
Həqiqəti sayanın,
Qolları kiçilməz ki.

Bəzən bir acı sözdən,
Üzü dönər aşiqin.
Əyri nəzərdən, gözdən
Közü sönər aşiqin.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 15:29:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!