Əsri geri çöndərdim,
sözü şerə döndərdim.
Göyərçin qanadında
Sənə məktub göndərdim.
Çatdımı, çatmadımı.
Qəlbimin qəm anıyla,
Ürəyimin qanıyla.
Yazmışdım o məktubu,
De görüm əlin qana,
Batdımı, batmadımı.
Ey insanlar,könlümü
vermişdim namərd yara.
O da günün birində
onu o zalım xara
Satdımı, satmadımı.
Mənə bir cavab verin.
Kayıt Tarihi : 27.6.2018 15:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!