Sonu yoxmu intizarın,
Azalmayır ahu-zarın.
Düz çəkməyir,eh, mizanın,
Qəm oturub şən yerində.
Aramızda söz-sov vardı,
Yaş axıdan ağ nov vardı.
Sönməyən od-alov vardır,
Ürəyimin sən yerində.
Gül telini yan eyləyir,
Bülbülsə fəqan eyləyir.
Dağlar yenə qan eyləyir,
Duman köçüb,çən yerində.
Ürəyimə Murov düşüb,
Könlüm ona girov düşüb.
Deyən yenə qırov düşüb,
Sarı telə dən yerində.
Yanıram, közün deyiləm,
Qanıram, sözün deyiləm.
Özüm də özüm deyiləm,
Kim oturub Mən yerində.
Kayıt Tarihi : 14.07.2026 06:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!