Mehribanım Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Mehribanım

Qıyma rəngim sozalsın,
Ürəyimi söz alsın.
Qayıt geri, azalsın
Qoy çiskinim, dumanım.

Ay dilimin əzbəri,
Varmı məndən xəbərin.
Həmişəlik dön bəri,
Doğru çıxsın gümanım.

Tanrı bizə olsa yar,
Neynəyər ki xain xar.
Ikimiz də olaq var,
Məndən qayğı umanım.

Zaman yox özləməyə,
Könlümü közləməyə.
Daha yol gözləməyə,
Qalmayıb ki amanım.

Çiçək erkən solmasın,
Ləçəyin yel yolmasın
Mənlə işi olmasın,
Yorğun düşsün yamanım.

Sənin ürək oğrunam,
Həqiqətin, doğrunam.
Dünya qədər yorğunam,
Sən sonuncu limanım.

Aramızdan axmaz çay,
Tənha qoymaz ulduz, ay.
Sən Tanrıdan mənə pay,
Ay dinim, ay imanım.
Əzizim, mehribanım.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.03.2023 07:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!