MEHRİBAN XANIMA
(H.Əliyev adına fondun pre-
zidenti Mehriban Əliyevaya.)
Adı kimi özü də çox mehriban,
Ad özünə,özü ada yaraşır.
Onun kimi varmı gülər bir insan,
Qüssə-kədər ancaq yada yaraşır.
Doğulubdur bir alimlər evində,
Jurnalist və yazıçıydı babalar.
Gəlişinə hamı qəlbən sevindi,
Al geyindi bütün ellər,obalar.
Ağıllıydı,həm də sadəydi bu qız,
Həm də məğrur.Uca qayalar kimi.
Oxumaqda bütün diqqəti yalnız,
Yaxına qoymazdı nifrəti,kini.
Həm alimdir,həm müəllim anası,
Həyat dərsin ilkin öyrəndi ondan.
Analardır ömür boyu yanası,
Tez itirdi anasını,heyf,sonda.
Dildə əzbər gözəl ağlı,kamalı
Ailəsi onun ilə öyünər.
Pəri kimi yaraşıqlı camalı,
Təmiz qəlbi saf hisslərlə döyünər.
Yaxşı ailənin oldu gəlini,
Onu çox sevərdi Zərifə xanım.
Sıxdı səadətin bəyaz əlini,
Taledən yarımaq gözəl,ay canım.
Üç nəvə bəxş etdi Əliyevlərə,
Qızları gözəldi,oğlusa igid.
Bol sevinc paylayır qəmıi evlərə,
Yaxşının özün gör,adını eşit.
Leyli tək gözəldir onun Leylası,
Qoşa oğulun da anasıdır o.
Özü tək həzindir ana laylası,
Şam kimi övladçun yanasıdır o.
Insaqnların xoşbəxtliyi arzusu,
Əlindən gələni daim edər o.
Hələ gəncdir,çox cavandır Arzusu,
Bir gün o da quş təkin köçüb gedər.
Babanın adını daşıyan Heydər,
Hələ məktəblidir,hələ oxuyur.
Böyüyər,o olar Koroğlu tək ər,
Gözəl qızlar üçün çələng toxuyar.
Yaraşıqda seçilməz ki qızlardan,
Baxan deyər budur gəlir üç bacı.
Göz çəkilməz atəşin ulduzlardan,
Könlünüzdə olmasın ağrı-acı.
Anasının yoxluğuna qəmlələr.
Sevindirər atanın var olmağı.
Qara gözü lal qüssədən nəmlənər,
O bacarar vəfalı yar olmağı.
Neçə ildir İlhamına dayaqdır,
Yaxşı gündə,pis gündə də həmdəmdir.
Ana kimi gecələr də oyaqdır,
Ürəyində həm sevinci,həm qəmi.
Atası tək qaynatasın sevərdi,
Səhər-axşam qulluğunda durardı.
Mehribanca danışıb dindirərdi,
Onun üçün isti ocaq qurardı.
Prezident gəlinindən razıydı,
Ata kimi çəkərdi də nazını.
Sanırdı ki dost-doğmaca qızıydı,
Tale pozdu belə gözəl yazını.
Fələk gəldi soldurdu baxça-bağı,
Acgöz gözü nə usandı,nə doydu.
Bu xalqın da qəlbinə çəkdi dağı,
Prezidentin həyatına son qoydu.
Nə yaxşı ki yerinə oğlu gəldi,
Atasının ad-sanını artırar.
Çətinlikdə xalqa uzanan əldi,
Öz işiylə şöhrətini qaldırar.
Prezident yoldaşı olmaq çox çətin,
Onun da min dərdi,min qayğısı var.
Qadın da olmalı kişi tək mətin,
Könlündə sevgi tək saf duyğusu var.
O evinin həm istəkli xanımı,
Həm də gözəl anadır üç övlada.
Xalq uğrunda verər də öz canını,
Uymaz nə şöhrətə,nə də ki ada.
Onun da həyatda işi az deyil,
Özünün min bir cür işi-gücü var.
Xalqına xidmətə salıbdır meyl,
Bu yolda daima olsun ona yar.
Rəhbərlik eyləyər böyük bir fonda,
Xalqına çalışar o kömək etsin.
Danışar hamıyla mülayim tonda,
Çalışar kasıbın dadına yetsin.
Gah baxça tikdirər,gah da ki məktəb,
Xalqına xidməti borc hesab edər.
Onunçun açılar qaranlıq mətləb,
Xəstənin məsrəfin fondu da odər.
Ehtiyac olarsa əməliyyata,
Fondundan bir kömək istər köməksiz.
Könlündən dərdini,qəmini atar,
Özünü hiss etməz daha kimsəsiz.
Hər zaman uzadar kömək əlini,
Ona dua-səna edər xəstələr.
Unudar tənhalar öz təkliyini,
Könül baxçasından çiçək dəstələr.
Onun köməyinə bel bağlayaraq,
Qəbula gələrlər yaxın-uzaqlar.
Ana qəlbi ilə hey çağlayaraq,
Onunçun övladdır bütün uşaqlar.
Uşaq evlərinin qapısı açıq,
Üzünə daima Mehriban xanım.
Səni görən kimi qüssə də qaçır,
Xeyirxah mələksən,bunu nə danım.
Yaxşı insan yaxşı işlə ucalar,
Daim uca zirvələrdə olun siz.
Sevər sizi bütün gənclər,qocalar
Ömür sürün,lap yüz yaşa dolun siz.
Başınız üstündə Tanrı nəzəri,
Həmişə işiniz qoy rəvan olsun.
Seyr eylə alagöz,nazlı Xəzəri
Ömrünüz ən gözəl ətirlə dolsun.
Həyat yoldaşınla ömür sür xoşbəxt,
Xalqın duasıyla səni min yaşa.
Qismətin olsun qoy əsil səadət,
Belə xoş günlərin çatmasın başa.
Bu gənc yaşında sən olmusan nənə,
Maşallah,amma ki heç oxşamırsan.
Nəvələr dalbadal gələcək yenə,
Bu istək ilə sən çox yaşamısan.
Onların toyunda şənlik edərək,
Həyat yoldaşınla rəqs eyləyərsən.
Hər işi həll olan tənlik edərək,
Ömrünə-gününə nəqş eyləyərsən.
Kayıt Tarihi : 20.6.2018 07:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!