Mehebbet nağılı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Mehebbet nağılı

Yamanlığı götürmə gəl.
Yaxşılığı itirmə gəl.
Alma ilə bitirmə gəl,
Bu məhəbbət nağılını.

Nədir səndən öyrəndiyim,
Ayrılıqdır iyrəndiyim.
Tək yarımdır güvəndiyim,
Yarəb, alma ağılını.

Apardı amansız azar,
Qismət oldu soyuq məzar.
Yüngülündən Tanrı bezar.
Hardan tapım ağırını.

Hər işinə yarayırdım,
Tellərini darayırdım.
Güclü bir dost arayırdım,
Tapmısanmış fağırını.

Ləpirini heç silməyir,
Əvvəlin-sonun bilməyir.
Əlindən bir iş gəlməyir,
Neynəyirəm sağırını.

Sevinc Arzulu
Kayıt Tarihi : 26.5.2022 08:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu