Meh darayı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Meh darayı

Susar sözüm, eşidərəm,
Dolar gözüm, eşidərəm.
Təkcə özüm eşidərəm,
Könlümün ah harayını.

Qan ağlayar göylər, dinsəm,
Mizrab dəyən sarı simsə...
Uçurda bilməz ki kimsə,
Qəlbimin şah sarayını.

Sevən hicrə dözə bilməz,
Yuxunu tərs yoza bilməz.
Tufan belə poza bilməz,
Saçımın meh darayını.
06.12.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 6.12.2018 18:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu