Bitib-tükənməz ki ağrı-acılar,
Qaraca gözündən kədər saçılar.
Gözünü yumunca səhər açılar,
Gecə tək qısadır yay yuxuları.
Yalançı, bilirsən, çox dayaz olar,
Ətrafa saçdığı nəm ayaz olar.
Hərdənbir gündüz tək bəmbəyaz olar,
Nuruna qərq edər ay yuxuları.
Darıxsam tənhalıq bağrımı dələr,
O an sevdiklərim röyama gələr.
Qəlbimdən keçəni tək Tanrı bilər,
Görüşçünmü verər pay yuxuları.
Sayar ayrılığı heçə, danışar,
Həsrətin dalınca necə danışar.
Gündüz gördüklərin gecə danışar,
Olandan-keçəndən say yuxuları.
Dünyanı dövr edən ağ atlı çapar,
Məni al tərkinə,özünlə apar.
Baharın al rəngi könlümə hopar,
Bayramla doludur May yuxuları.
Kayıt Tarihi : 1.09.2026 05:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!