Leldi, Veten Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2940

ŞİİR


18

TAKİPÇİ

Leldi, Veten

Əl uzatdım barış üçün,
Darıxmışam yarış üçün.
Sənin bircə qarışınçun,
Neçə igid öldü, vətən.

Necə tanış ləpir, izlər,
Gülümsəyən nurlu üzlər.
Bir vaxt tikan bitən düzlər,
Al laləli çöldü, Vətən.

Bir vaxt elin oldu talan,
Oğullar qisasın alan.
Şəhidlərçün axıdılan,
Göz yaşları göldü, vətən.

Açılmadı sabahları,
Duman oldu son ahları.
Müqəddəs şəhid ruhları,
Görüşünə gəldi, Vətən.

Göz işləyən gen sinən var,
Qurulacaq çox binən var.
Qorunacaq xəzinən var,
Hər şəhid bir ləldi, Vətən.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.1.2021 07:26:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!