Közüm qalmayıb Şiiri - Sevinc Arzulu

Antoloji.com mobil uygulaması Şiirler, şairler, mesajlarınız ve gruplarınız telefonunuzda. iPhone ve Android için ücretsiz. Uygulamayı İndirİndir
Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Közüm qalmayıb

Bilirsən, ayrılıq necə ağırdır,
Hicranın tufanı yeri dağıdır.
Yenə də yollara yağış yağıbdır,
Izinə sürtməyə izim qalmayıb.

Şad olan vaxtımda düşmürsən yada,
Daha hərləməyir məni qan-qada.
Kədər atlı olub, mənsə piyada.
Dərdə deyiləsi sözüm qalmayıb.

Yalanın əynində tülü də yoxdur,
Doğrunun ətirli gülü də yoxdur.
Sevgi ocağının külü də yoxdur,
Onsuz yandırmağa közüm qalmayıb.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.06.2018 14:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!