Könlüm Uçalanır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2227

ŞİİR


8

TAKİPÇİ

Könlüm Uçalanır

Xəyalım göy suda üzən ağ gəmi,
Səyahət eyləyir bütün aləmi.
Unudub kədəri, unudub qəmi,
Şirin xəyallara dalasıyam mən.

Tanrı qulağıma söz deyir elə,
Könlüm uçalanır, köz yeyir elə.
Yazdığım neçə min bənd şeir ilə,
Qəlblərdə əbədi qalasıyam mən.

Kürdəmir-ən isti ana vətənim,
Şamaxı-çətində haya yetənim.
Bülbül tək könlümdə qoşa ötənim,
Şirvanın şairə balasıyam mən.
04.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.5.2019 11:09:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!